20 Oktyabr 20:31

Xəyalə Murad – “Bir yarpağın arzusu” kitabının təqdimatı

Kitabsevərlər qrupu, Bakumoz Books Kitab Mərkəzində gənc yazar Xəyalə Muradın “Bir yarpağın arzusu” kitabının təqdimatını təşkil edəcək. Bütün kitabsevərləri bu təqdimata dəvət edirik.
Xəyalə Murad həm də qrupumuzun tərcüməçilərindəndir. İlk qadın portalı olan Qadın.net saytının redaktorudur. Kitabda yazıçının bir romanı və bir neçə hekayəsi dərc edilib.
Kitabda yer alan roman, bir gəncin mənəvi faciəsindən bəhs edir və ailə- məişət mövzusunda qələmə alınıb.

Bakumoz Kitab Mərkəzinə getmək üçün:

Sahil metrosunun cixisindan cixan kimi SOLA donub duz gedirsiz. Qarsiniza cixan birinci svetaforu da kecerek duz davam edirsiz. Svetaforu kecdikden sonra hardasa 50 metr qarsida qirmizi isiqlarla “Steak House” yazili reklam goreceksiz. Ona catmaga 1 metr qalmis SOL terefde umumi blokun qapisi var, giren kimi pillekenler qalxir yuxari. Pillekenlerle qalxirsiz 2- ci mertebeye, SAG terefde ag demir qapidi, ustune de Bakumoz yazilib.

Yenə də tapa bilməyənlər 055- 515- 15- 54 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Yalnız bunu deyək ki, təqdimat başladıqdan sonra bu telefona cavab verilməyəcək. Odur ki çalışın gecikməyin.

25 Oktyabr saat 13:00

Ünvan: Bakumoz Books

Bəyən və paylaş

Rəylər

rəy(lər)