“Xəzinəni Tap” layihəsinə qeydiyyat başladı!

Azərbaycan Resbublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfdaşlığı ilə, gənclərin öz asudə vaxtlarını daha səmərəli keçirməsi üçün həyata keçirilən “Xəzinəni Tap” layihəsi iştirakçılar üçün qeydiyyatı açıq elan edir!

Layihədə iştirak etmək istəyən hər bir gənc qeydiyyatdan keçə bilər. İştirakçı sayı üçün limit qoyulmayıb. Gənclər birlikdə açar sözləri taparaq maraqlı anlar yaşayacaq.
Belə ki, layihə çərçivəsində gənclər komandalara bölünəcək. Hər bir komandaya açar sözləri tapmaq üçün suallar təqdim olunacaq. Hər dəfə açar sözü tapan komanda bir mərhələ də ötüb finala daha da yaxınlaşacaq. Oyunda maraqlı cəhət ondan ibarətdir ki, gənclər sualları açıq hava şəraitində axtaracaqlar və gizli məqamları tapmağa çalışacaqlar. Finalçı komandalar sertifikatla təltif olunacaq.

Əziz gənc,
Layihəyə qoşulmaqla
• komanda ilə işi öyrənəcəksiniz;
• yüksək motivasiya qazanacaqsınız;
• öz asudə vaxtınızı səmərəli keçirəcəksiniz;
• yeni dostlar qazanacaqsınız;
• zövq alacaqsınız

Qeyd edək ki, bu intellektual oyun fevral ayının 20-si baş tutacaq. İştirakçılar üçün qeydiyyat Bakı şəhərində yaşayan hər bir gənc üçün açıqdır.

Qısa müddət sonra Şəki və Gəncə şəhərinin gəncləri ilə də görüşə gələcəyik!

Qeydiyyat linki: http://goo.gl/forms/sQqOpGdpaU

Son müraciət tarixi: 15.02.2016
Əlaqələndirici şəxs: Canoğlan İlyasov
Mobil tel: +99451 929 65 88
E-mail: [email protected]

youthfoundation.az

Bir cavab yazın

Back to top button
Close