Xaçmaz rayonunun yerli bölməsində aktual vakansiyalar üzrə istedadlı və motivasiyalı gənclər üçün işə qəbul proqramı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yeni açılacaq və vətəndaşlara xidmət göstərəcək Xaçmaz rayonunun yerli bölməsində aktual vakansiyalar üzrə istedadlı və motivasiyalı gənclər üçün işə qəbul proqramını elan edir.

Biz Sizə nə vəd edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək üçün dövlət qulluğu olmayan vakant vəzifələr üzrə işə qəbul imkanları;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı.

Peşəkar komandamıza qoşulmaq üçün sizdən tələb olunur:

  • İqtisadiyyat və idarəetmə, humanitar və sosial, texniki ixtisas qrupları üzrə ali təhsil;
  • Azərbaycan dili (Əla), Rus dili (arzuolunandır);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə və təhlil etmə bacarığı;
  • Məntiq və riyazi biliklər;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

 

Xidmətimizin illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Uyğun namizədlərdən öz CV formalarını 14 fevral 2021-ci il tarixədək [email protected] ünvanına mövzu hissəsində Xaçmaz Əmlak Xidmətləri Məkanı yazmaqla göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button