2 Mart 19:48

Xalça Muzeyində növbəti mühazirə zərgərlik məmulatları mövzusuna həsr ediləcək

Martın 7-də Azərbaycan Milli Xalça Muzeyində “Zərgərlik məmulatları” kolleksiyasına yeni daxil olan Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan XIX əsrə aid asma bəzəklərin tarixinə dair mühazirə keçiriləcək.

“Bir eksponatın tarixi” layihəsi çərçivəsində reallaşan mühazirə muzeyin elmi-tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri Aytən Əhmədova tərəfindən Azərbaycan dilində təqdim olunacaq.

Mühazirəyə hər kəs qatıla bilər.

Bəyən və paylaş