23 Noyabr 11:02

Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar film nümayişləri keçiriləcək

Edumap.az xəbər verir ki, Nizami Kino Mərkəzində sevimli aktrisa xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar  görkəmli gülüş ustasının çəkildiyi filmlərin  nümayişi keçiriləcək.

Milyonlarla insanın ürəyini fəth etmiş aktrisa Nəsibə Zeynalova filmlərdə yaratdığı obrazlarla bir daha tamaşıçılarını sevindirəcək.

Həftə ərzində, noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, 24-də əfsanəvi  “Bizim Cəbiş müəllim” , 25-də “Qanun naminə” bədii filmləri və 26-da “Qaynana” komediyası şəhər sakinlərinə və şəhərin qonaqlarına təqdim  olunacaq.

Filmlərə giriş sərbəstdir.

Seansların saatı haqqında məlumatı kinomərkəzin məlumat  mərkəzindən  ala bilərsiz : tel – 493 28 18

Bəyən və paylaş

Rəylər

rəy(lər)