24 Noyabr 12:07

Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, Azərbaycan Respublikasının xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir. Nazirlikdən edumap.az-a verilən məlumata görə, tədbir 2 dekabr 2015-ci il tarixində, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əsas binasında olacaqdır. Tədbirə giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)