“Xalq sənətkarlarının Respublika interaktiv sərgisi” keçiriləcək

22-24 dekabr tarixlərində Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xalq sənətkarlarının Respublika interaktiv sərgisi” keçiriləcəkdir.
Sərgi istedadlı xalq sənətkarlarının aşkar edilməsi, tanıdılması, onların nümunəvi əl işlərinin təbliğ edilməsi məqsədi ilə təşkil edilir.
Sərgidə Bakı, habelə respublikanın 40-dan artıq rayon və şəhərindən 150 müəllifin 700-dən artıq əl işi nümayiş olunacaqdır. Xalq sənətkarlarının iştirakı ilə – rəngkarlıq, xalçaçılıq, heykəltəraşlıq, toxuculuq, misgərlik, dulusçuluq, batika, ağac üzərində oyma, təkəlduz, şəbəkə, vitraj və incəsənətin digər sahələri üzrə təsviri və dekorativ-tətbiqi sənət nümunələri interaktiv formatda təqdim ediləcəkdir.
Tədbirdə respublikanın nüfuzlu elm, mədəniyyət və incəsənət müəssisələrinin nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, sərginin açılış mərasimi 22 dekabr tarixində saat 17:00-da Muzey Mərkəzində baş tutacaq.

Bir cavab yazın

Back to top button