Çərşənbə, 2 İyul, 2025

"Xalqların Birgəyaşayışı" - Simulasiya Oyunu


  • Dərc edildi: 3 Noyabr, 2021 - 16:44
"Xalqların Birgəyaşayışı" - Simulasiya Oyunu

Dəyərli Gənclər, Könüllü Gənclər Birliyi Avropa İttifaqının "Stabillik və Sülhə Yardım" (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilən “Xalqların Birgəyaşayış İmkanları” Simulyasiya Oyunu layihəsinin birinci mərhələsi üçün iştirakçı qəbulunu açıq elan edir. Simulyasiya oyunu real həyat vəziyyətini təqlid edən, potensial nəticələri yansıtan kompleks qeyri-formal təlim metodudur. Layihənin ilk mərhələsində seçilmiş gənclər yerli və xarici ekspertlərin təlimləri və mentorluğu ilə Birgəyaşayış mövzusunda Simulyasiya oyunu hazırlayacaq və ikinci hissədə (növbəti mart ayında) həmin simulyasiya oyunu geniş auditoriya tərəfindən oynanılacaq. Layihə hibrid formada (onlayn və oflayn olmaqla) keçiriləcək. Birinci hissədə iştirak üçün şərtlər: > 18-30 yaşında olmaq > Qeyri-formal təhsil sahəsində təcrübənin olması > Layihənin bütün hissələrində iştirak etmək üçün vaxt uyğunluğu > Yüksək motivasiya > Sülh, münaqişələrin transformasiyası, inklüzivlik və bərabərlik mövzularına maraqlı olmaq Seçim zamanı iştirakçılar arasında gender balansı qorunacaq və məcburi köçkün və qaçqın iştirakçıların iştirakı xüsusilə nəzərə alınacaq.
Son müraciət tarixi: 05.11.2021 Yalnız seçilmiş iştirakçılarla müsahibə üçün əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 93
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 220
Məktəbəhazırlıq qrup...