“Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalına start verilib

“Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalına start verilib


Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı iləBakı şəhər ümumtəhsil məktəblərinin vərespublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri arasında“Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalına start verilib.

 

advertisement Müsabiqə milli (xalq və folklor) rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri, vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları üzrə 3 yaş (7-12, 13-17 və qarışıq) qrupunda və 3 mərhələdə keçirilir.

 

Müsabiqənin şərtləri aşağıdakılardır:
advertisement
-Festivalda Bakı şəhərinin ümumtəhsil məktəblərinin,respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri iştirak edə bilər;

-Rəqs qrupunun tərkibi 6-12 nəfərdən ibarət ola bilər;

advertisement - Təhsil müəssisələri hər nominasiyada müxtəlif yaş qrupları üzrə 1 rəqs nömrəsi təqdim edə bilər;

-Təqdim olunan rəqs nömrələrinin videogörüntüləri aydın və keyfiyyətli çəkilməli və təşkilatkomitəsinin[email protected]elektron poçt ünvanına göndərilməlidir;

-Çıxışın müddəti 1-3 dəqiqədən artıq olmamalıdır;
advertisement
- Rəqs kollektivinin geyimi rəqsin məzmununa uyğun olmalıdır;

-Rəqsin musiqisi aydın və keyfiyyətli olmalıdır.

advertisement  

Festival aşağıdakı mərhələlər üzrə keçiriləcək:

l mərhələ28 sentyabr - 22 oktyabr 2021- ci il.Festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlərin və videogörüntülərin qəbulu. Bu mərhələdə iştirakçıların sifarişləri və videogörüntüləri Təşkilat Komitəsinin[email protected]elektron poçt ünvanına göndərilməlidir.
advertisement
ll mərhələ– 23-31 oktyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən videogörüntülərə baxılması və qiymətləndirilmənin aparılması.

lll mərhələ– 6 noyabr 2021- ci il. Festivalın final konserti, qaliblərin elan olunması və mükafatlandırılması.

advertisement  

Müsabiqədə hər yaş qrupu üzrə l, ll, lll yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, hər nominasiya üzrə yüksək ifa tərzi ilə seçilən rəqs kollektivləri münsiflər heyətinin xüsusi mükafatına layiq görüləcək,festivalda iştirak edən rəqs kollektivləri diplomlarla təltif olunacaqlar.

 
advertisement
Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 421 54 66 , +994 12 421 41 91, +994 55 549 58 52, +994 77 440 22 94 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az