28 Sentyabr 14:27

Xaricdə təhsil üçün 3 TAM təqaüd elanı

Əziz gənclər, xaricdə təhsil üçün 3 TAM təqaüd elanını sizinlə paylaşıram.

Birincisi, Harvard Biznes Məktəbinin online və sonradan 5 günlük CELP proqramıdır. Son müraciət tarixi 30 sentyabra qədər uzadılıb, 3 gün qalıb. Daha çox nəsillərində ilk ali təhsil alan şəxslər üçün nəzərdə tutulub. (Link )

İkincisi, Kanada dövləti tərəfindən Azərbaycan vətəndaşlarına da şamil edilən, illik 60 000 Kanada dolları olan, təyyarə və digər xərcləri də ödəyən proqramdır. Müraciət tarixləri 2020-ci ilin yanvar və mart ayları arasındadır. (Link ).

Üçüncüsü, İsveçrə dövləti tərəfindən Azərbaycan vətəndaşlarına da şamil edilən, daha çox post-doctoral research üçün, bir də incəsənət sahəsi üzrə təhsil almaq üçün nəzərdə tutulmuş təqaüdlərdir. (Link )

İstəsəniz, ətrafınızda layiq bildiyiniz gənclərlə paylaşa bilərsiniz.

Mənbə: Bəxtiyar Hacıyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)