Xaricdə təhsil üzrə təcrübəçi vakansiyası

Şirkət haqqında: Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur.

Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır.

Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.
advertisement
İş: Xaricdə təhsil üzrə təcrübəçi

İş öhdəlikləri:

    advertisement
  • Xarici təhsil müəssisələri ilə danışıqların aparılması;

  • Xarici partnyorlar ilə əlaqələrin qurulması və işgüzar yazışmaların aparılması;

  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;

  • Görülən iş barədə gündəlik hesabatların verilməsi;

  • Təhsil proqramlarının axtarışı, təsviri və təqdimatının aparılması;

  • advertisement
  • Müştərilərə təhsil proqramları üzrə konsultasiyaların verilməsi;

  • Xarici tərəfdaşlarla danışıq və yazışmaların aparılması;

  • Müştərilərlə müqavilələrin bağlanması;

  • Təhsil müəssisəsinə müraciət, qəbul kağızının alınması;

  • Tibbi sığorta, viza dəstəyi və digər sənədlərin hazırlanması;

  • advertisement
  • Təhsil sərgilərinin və prezentasiyaların təşkilində iştirak.


Tələblər:

  • Universiteti yeni bitirmiş məzunlar, 3-cü və ya 4-cü kurs tələbələri;

  • advertisement
  • Universitet giriş balı və GPA (Ortalama balı);
    • Xaricdə təhsil üzrə təlimlərdə iştirak edən namizədlərə üstünlük verilir;

  • Azərbaycan dili və ingilis dilini (həm yazılı, həm də şifahi) yaxşı bilməlidir;
    • Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
    • Müraciət etdiyi şöbənin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
    advertisement • Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
    • Yüksək səviyyədə ünsiyyət bacarıqları olmalıdır;
    • Komandada işləmək və həmkarları ilə münasibətlər qurmağı bacarmalıdır.


 
advertisement
İş saatı:

  • İş qrafiki namizədin təhsil saatlarına uyğun olaraq təyin ediləcək.


advertisement Qeyd: Təcrübə proqramı 3 ay davam edəcək. Yol pulu qarşılanacaq. Eyni zamanda sertifkatla təmin olunacaqlar. Uğurlu namizəd haqqında dəyərləndirmə oluna bilər.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Xaricdə təhsil üzrə təcrübəçi” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər
_____________________________________________________________________________________________________________________


advertisement
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az



advertisement

İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az