7 Fevral 13:57

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI GƏNCLƏRİN NƏZƏRİNƏ!

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI GƏNCLƏRİN NƏZƏRİNƏ!

“Nəsimi 650” Azərbaycan Diaspor Gənclərinin II Yay Düşərgəsi Şamaxı, Azərbaycan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan gənc diaspor nümayəndələrini 8-14 Iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak etməyə dəvət edir.

Düşərgədə 18-29 yaşlarında, Azərbaycan dilində ünsiyyət bacarığı olan şəxslər iştirak edə bilərlər.

İş qaydası: Düşərgədə Azərbaycanın tarixi və memarlıq abidələrinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri və əyləncəli-maarifləndirici tədbirlər keçiriləcək.

Düşərgə iştirakçıları sertifikatla təltif olunacaqlar.

Xərclər: Düşərgənin iştirak xərcləri (yol xərcləri, viza, yaşayış, qidalanma, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.

Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 30 mart 2019-cu il tarixinə qədər https://lnkd.in/enE7vXa keçidi vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.

-Ərizə forması

-Tövsiyə məktubu (Diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik /konsulluq) və digər təşkilatlardan və şəxslərdən (möhür və ya imza ilə təsdiq olunmuş formada))

-Pasportun surəti

Bəyən və paylaş

Rəylər

rəy(lər)