“Xarici ölkələrdə milli dəyərlərimizi necə təbliğ etməliyik” adlı onlayn seminar keçiriləcək

Əziz Dostlar
„Milli Dəyərlərimiz“ təşəbbüsünün əsas məqsədi gənclər arasında milli dəyərlərin təbliğ olunmasına yönəlmişdir. Təşəbbüs komandası olaraq sizləri “Xarici ölkələrdə milli dəyərlərimizi necə təbliğ etməliyik” adlı onlayn seminara qoşulmaqa dəvət edirik.
Seminar zamanı milli dəyərlərimizin qorunması, tarixi abidələrimizi, milli musiqmizi və milli mətbəximizi necə təbliğ edə bilərik mövzuları ətrafında müzakirə aparılacaqdır. Qonağımız Billurə Bayramova-BernardNigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri olacaq. Seminar zamanı sizi maraqlandırılan suallar komanda və qonaqımız tərəfindən cavablandırılacaq.

Bu təşəbbüs UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.
Tarix: 28 iyul 2020
Saat: 20:00
İzləmə linki: https://us02web.zoom.us/j/89880559505

Bir cavab yazın

Back to top button