22 Yanvar 15:54

“Xərçəng “ƏSLİNDƏ”” – profilaktik maarifləndirmə layihəsinə qeydiyyat başlandı

“Xərçəng “ƏSLİNDƏ”” – profilaktik maarifləndirmə layihəsinə qeydiyyat başlandı

Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən ictimai təşkilatların təşkilati dəstəyi ilə “Xərçəng ” ƏSLİNDƏ” ” layihəsinə start verilir.
Son illər daim gündəmdə olan bu xəstəliyin əsil mahiyyəti, yaranma səbəbləri və onun qarsısını almaq və xəstəlikdən qorunmaq, yaxud, bu xəstəliklə mübarizənin sadə və ən təsirli yolları, təbii yollarla müalicəsinin mümkünlüyü və s. bu və bunun kimi hər kəsi maraqlandıran bütün suallara konkret və etibarlı cavab tapmaq üçün siz də bu layihənin iştirakçısı olmağa tələsin.

Layihənin məqsədi:
1.Gəncləri xəstəliyə qarşı ilkin profilaktik tədbirlər haqqında maarifləndirmək;
2. Xərçəng xəstəliyi ilə təbii yollarla mübarizə üsullarını gənclərə aşılamaq və bu yolla xəstəliyə yoluxmamağın təbii üsullarını daha geniş kütləyə yaymaq;
Layihənin vəzifələri:
1.Tələbə gəncləri xərçəng xəstəliyinin ilkin əlamətləri, xəstəliyi yaradan amillər, yaranması və inkişafı, onunla mübarizə üsulları haqda ətraflı məlumatlandırmaq;
2.Gənclər arasında bir-birinə qarşı biganəliyi aradan qaldırmaq və yardımsevərliyi aşılamaq üçün təlim və energizerlər təşkil etmək;
3.Zərərli vərdişlərdən uzaq qalmağın önəmini göstərmək;
Layihənin keçirilmə yeri: ADPU-un əsas tədris binası
Qeydiyyat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdiKfzknoPsvEzJ2Qi_JfDy5RWO5SwzgVE2ggMRklaOEpQ5KA/viewform?usp=sf_link
Event:
Son müraciət tarixi: 20 fevral 2019-cu il
Əlaqə: 0776418004 (Taleh Budaqov)

Bəyən və paylaş

Rəylər

rəy(lər)