22 Yanvar 15:51

“Xəyallar əngəl tanımaz” – fiziki məhdudiyyətli gənclərin rəsm müsabiqəsi elan olunur

“Xəyallar əngəl tanımaz” – fiziki məhdudiyyətli gənclərin rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən ictimai təşkilatların  təşkilati dəstəyi ilə “Xəyallar əngəl tanımaz” layihəsinə start verilir.

Rəsm çəkmək istedadları olan fiziki məhdudiyyətli gənclərin bacarıqlarının cəmiyyətə tanıdılması məqsədilə keçiriləcək sərgi formatında təşkil olunan layihə fiziki məhdudiyyətli gənclərin ictimai aktivliyinin artırılması üçün sərbəst mövzuda keçirilən rəsm sərgisidir.

Layihənin məqsədi və vəzifələri:

– Fiziki məhdudiyyətli gəncləri komplekslərdən azad etmək;

– Fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası, incəsənət sahəsində fəaliyyət göstərən gənclərlə onların birgə fəaliyyətini təmin edib aktiv gənclər kimi cəmiyyətə qazandırmaq;

– Mədəniyyət sahələri üzrə müxtəlif pillələrdə təhsil alan və yaxud ala bilməyən gəncləri bir araya toplamaq, onların incəsənətə həvəslərini daha da artırmaq və öz əsərlərini üzə çıxartmağa yardım etmək.

Sərgi ADPU-un əsas tədris binasında keçiriləcək.

Müraciət və rəsm işlərinin təqdim olunması  ücün: ADPU TGT ( ADPU-un əsas binası, II mərtəbə

Son müraciət tarixi: 25 fevral 2019-cu il

Əlaqə: 0776418004 (Taleh Budaqov)

Bəyən və paylaş

Rəylər

rəy(lər)