1 May 16:53

“Xeyrixah” Elnarə Xəlilovanı ulduz səfir elan etdi

“Xeyrixah” Elnarə Xəlilovanı ulduz səfir elan etdi
Xeyirxah kampaniyası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qaraciyər çatışmazlığından əziyyət çəkən Tural Hacıyev üçün “Onu sən yaşat” devizi altında başladığı aksiya davam edir. Aksiya çərçivəsində Elnarə Xəlilova layihənin könüllüləri ilə görüş keçirib. Məşhur müğənni ilə yanaşı tələbələrinin də iştirak etdiyi görüşdə aparılan işlər müzakirə olunaraq, fikir mübadiləsi aparılıb. Bildirilib ki, tərəflər hazırkı aksiya və bundan sonrakı aksiyalarda birgə əməkdaşlıq edəcəklər.
Sonda ictimai fəal gənclərdən ibarət komanda Elnarə Xəlilovanı “Xeyirxah”ın ulduz səfiri elan edib.
Xatırladaq ki, əməliyyatın keçirilməsi üçün donor olsa da 60000 (altmış min) manat pula ehtiyac var. Ailəsinin maddi vəziyyəti aşağı olduğuna görə əməliyyat üçün lazım olan məbləği ödəyə bilmir. Bu səbəbdən də Turalın ailəsi xeyirxah insanlardan kömək istəyir.
Aksiya ilə bağlı bütün məlumatları www.xeyirxah.com internet saytından əldə edə bilərsiniz.
Bəyən və paylaş

Rəylər

rəy(lər)