30 Oktyabr 17:16

“Xidmət etikası” adlı elmi-praktik konfrans keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində  “Xidmət etikası” adlı elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına uyğun olaraq oktyabrın 30-da Azərbaycan Turizm və Menecment Universitetində Bakı Turizm Peşə Məktəbi ilə birgə “Xidmət etikası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı ATMU-nun rektoru, professor Cəfər Cəfərov açaraq, turizm və ümumilikdə xidmət sektorunda mühüm amil sayılan xidmət etikasının vacibliyindən söz açıb. Rektor qeyd edib ki, son vaxtlar cəmiyyət həyatında xidmət sektorunda keyfiyyət məsələsinə daha çox önəm verilir.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyevin “Turizm sektorunda xidmət etikası uğurlu fəaliyyətin, müştəri məmnunluğunun qarantıdır”, “SKAL Baku Klubu”nun vitse-prezidenti Ceyhun Aşırovun “Turizm və etika”, “Bakı-Tur” turizm şirkətinin prezidenti Əlixan Mürvətovun “Bələdçi xidmətləri və etika çərçivələri” mövzularında çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonra turizm mütəxəssislərinin “Müasir dövrdə Azərbaycan muzeylərində xidmətin aktual problemləri”, “Ərzaq məhsullarının funksional tərkibi və sağlam qida”, “Nəqliyyat xidmətlərində etika”, “Mehmanxana və restoran biznesi”, “Otellərdə xidmət etikası”, “Qida sektorlarında servis xidməti” və “Bələdçinin xidmət etikası” mövzularında məruzələri dinlənilib.

Konfransda turizm sahəsində mövcud problemlər müzakirə olunub, təkliflər irəli sürülüb.

Bəyən və paylaş