Xidmət bölməsinin kiçik eksperti (Lənkəran filialı)

Vəzifə: Xidmət bölməsinin kiçik eksperti (Lənkəran filialı)

Əsas vəzifə və öhdəliklər
Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması

Seçim meyarları
İqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsil
Mükəmməl Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür)
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
Yüksək ünsiyyət bacarığı
Yaradıcı və analitik düşüncə tərzi
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri
İş yeri: Lənkəran filialı
İş vaxtı: 5 iş günü, 09:00-18:00

Namizədlər CV-ni [email protected] elektron ünvanına göndərə bilər.

Bir cavab yazın

Back to top button