Xidmət üzrə menecer vakansiyası

Təşkilat: “Evdə Təhsil” MMC

Kateqoriya: Təhsil

Vəzifə: Xidmət üzrə menecer

İş haqqında: Evdə təhsil layihəsi Hədəf Şirkətlər qrupuna daxil olan EDUHEK MMC-nin (təhsildə hədəf konsepti) daxilində yaradılmışdır. Təhsil sahəsində 12 illik təcrübəyə söykənərək Azərbaycanda ilk dəfə Evdə təshil və online (məsafədən) təhsil layihəsini həyata keçirməyə başlamışdır. Layihənin 2 istiqaməti var:

·         Ənənəvi şəkildə – bu zaman bizim müəllimlər təhsilalanın evinə gedərək, razılaşdırılmış müddət və şərtlərlə təhsilalana üz-üzə dərs keçir.

·         Onlayn şəkildə – bu zaman biz təhsilalana istədiyi təhsili onlayn şəkildə təmin edirik.

Vəzifə öhdəlikləri: Müraciətlərə əsasən müştəri ilə ünvanda görüşülməsi, ünvanın araşdırılması, lazımi danışıqların aparılması, xidmətin təqdimatı və razılaşdırılması. Müştərilərlə sağlam əməkdaşlıq yaratmalı, Şirkəti yüksək səviyyədə təmsil etməlidir;

Tələblər:              Ali təhsil

Yüksək analitik, ünsiyyət və təqdim etmə bacarıqlarının olması;

Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;

Rus dilində səlist danışıq və yazı qabiliyyətinə malik olmaq;

MS Office proqramlarını yaxşı bilmək;

İnformasiyalarla işləmək;

Məsuliyətli yanaşma;

Yüksək səviyyədə kommunikasiya qabiliyyəti, müstəqil və komanda daxilində işləmək bacarığı və operativ qərarvermə bacarığına sahib olmaq.

Yaş: 22-35

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən

Göstərilən bacarıqlara malik, öhdəlikləri mənimsəmiş namizədlər elektron CV formasını [email protected] ünvanına “Xidmət üzrə menecer” başlığı ilə göndərə bilərlər.

Bir cavab yazın

Back to top button