27 Sentyabr 15:05

“ Xızır Baba təqaüd proqramı”

“ Xızır Baba təqaüd proqramı”

Təqaüd proqramını ailə vəziyyəti maddi olaraq ağır, eyni zamanda çalışqan, təhsil almağa həvəsli abituryent və tələbələr üçün nəzərdə tutulub. Proqram seçim mərhələlərindən ibarət olacaq və təqaüdü qazanacaq olan məktəblilər və tələbələrə aylıq təqaüdlər veriləcək. Təqaüd məbləği 50 AZN, tələbə/abituryent sayı ilkin olaraq 14 nəfər nəzərdə tutulub (himayəçilər artdıqca say artacaq).

Seçim iki turdan ibarət olacaq: ilkin müraciət və müsahibə mərhələsi.

Müraciət forması:

Aşağıdakıları [email protected] mail ünvanına, “Xızır Baba təqaüd proqramı Edumap.az” başlığı ilə göndərilir.

1. Tərcümeyi hal

2. Motivasiya məktubu (Əlaqə nömrəsi qeyd olunsun)

3. Şəxsiyyət vəsiqəsinin scanı (şəkil forması da olar)

4. Şəkil

5. Akademik göstəriciləri bildirən məlumat (abituryentlər illik qiyməti göstərən cədvəl, tələbələr smestr ballarını, 1-ci kurs tələbələri univeristetə girdiyi balı).

Bəyən və paylaş

Rəylər

rəy(lər)