“Xızır Baba təqaüdü” – nə müraciət başladı

“Xızır Baba təqaüdü” – nə müraciət başladı
Təqaüd proqramı ailə vəziyyəti ağır, eyni zamanda çalışqan, təhsil
almağa həvəsli abituriyent və tələbələr üçün nəzərdə tutulub. Proqram 2
seçim mərhələsindən ibarət olacaq online müraciət və müsahibə mərhələsi.
Müraciət forması:
1. Tərcümeyi hal
2. Motivasiya məktubu
3. Şəxsiyyət vəsiqəsinin skanı
4. Şəkil
5. Akademik göstəriciləri bildirən məlumat (abituriyentlər illik qiymət
cədvəli, təbələr smestr ballarının qiymət cədvəlini).
6. Şəhid/qazi övladları əlavə olaraq faktı təsdiq edən sənədi əlavə
etmələri rica olunur.
Tələb olunan sənədləri [email protected] mail ünvanına göndərməyiniz
xahiş olunur.
SON MÜRACİƏT TARİXİ 20.02.2021
Təqaüd məbləği aylıq 50 (və ya 100, himayəçi sayına görə) AZN,
tələbə/abituryentlər üçün nəzərdə tutulub.
Siz bizə necə kömək edə bilərsiniz?
Təqaüd proqramı bir himayədar (dəstəkçi) üçün bu ilə özəl 4 aylıq olacaq. Yəni siz özünüzə uyğun 4 aylıq hər ay ödəyə biləcəyiniz bir məbləğ təyin edib bizə deyirsiniz. Hər ay sizin yatırdığınız bu məbləği biz digərləri ilə birləşdirib təqaüdçülərə çatdırırıq. Təqaüdçüləri seçmək üçün xüsusi nəzarət qrupumuz olsa da, siz də bizə bu işlərdə istəsəniz bizə qoşula bilərsiniz. Bundan əlavə bizə həm ehtiyaclı məktəbli/tələbələrin, həm də bu proqrama dəstək ola biləcək başqa insanların da tapılmasında yardımçı ola bilərsiniz. Ötən il 20 nəfərlə başladıq. Pandemiyaya qədər normal davam etdik. Bu il də davam etmək istəyirik, əslində dərs ilinin əvvəli başlamaq
haqqında elan verdik, amma müharibə və pandemiyanın şiddətlənməsi bizi ləngitdi. Təqaüd verəcəyimiz tələbə və abituriyent sayı himayəçilərin verəcəyi ümumi məbləğdən asılı olacaq.
Hədəf minimum 20 nəfərdir.
Təqaüd verəcəyimiz gənclərin müraciət sayına əsasən 50%-ni şəhid və qazi
övladları arasından seçməyi planlamışıq.
Himayəçi kimi dəstək olmaq istəyənlər yuxarıda qeyd edilən email ünvanına yazsın,  qeydiyyata alaq.

Bir cavab yazın

Back to top button