Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş poster müsabiqəsi

“Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş poster müsabiqəsi elan olunub.
Müsabiqə qan yaddaşımıza əbədi həkk olunmuş Xocalı soyqırımı hadisəsini unutdurmamaq, soyqırım qurbanlarının xatirəsini yad etmək və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə keçirilir. Həmçinin müsabiqə Xocalı faciəsinin ağrı və acısını posterlər vasitəsilə sosial şəbəkələr üzərindən dünyaya çatdırmaq məqsədi daşıyır.
Müsabiqənin şərtləri:
Təqdim olunacaq poster nümunələri şəxsin özünə məxsus olmalıdır. Müəllif hüquqları pozulduqda müraciətçinin iştirakı nəzərə alınmayacaq və müsabiqədən kənarlaşdırılacaqdır;
Hazırlanan işlər yüksək keyfiyyətli formada təqdim olunmalıdır;
Posterlər internet və ya sosial mediada əvvəlcədən yerləşdirilmiş olmamalıdır.
Müsabiqədə iştirak etmək üçün elektron müraciət formasını dolduraraq posterinizi təqdim edə bilərsiniz: https://forms.gle/t2oURiTxw3Jx6nJW9
Son müraciət tarixi: 20 fevral 2020-ci il, saat 23:59
Qeyd:

Müsabiqədə peşəkar və ya həvəskar dizaynerlər iştirak edə bilərlər.
Yaş məhdudiyyəti yoxdur.
Qaliblərə sertifikat və hədiyyələr təqdim ediləcək.
Seçimlər Kampaniya tərəfindən həyata keçiriləcəkdir.

Bir cavab yazın

Back to top button