8 Yanvar 15:45

“Xocalıya Ədaləti Tələb et!” məqalə müsabiqəsi

“Xocalıya Ədalət” beynəlxalq kampaniyası və Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) birgə təşkilatçılığı ilə “Xocalıya Ədaləti Tələb et!” məqalə müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi Xocalı hadisələrinin gənc nəslin yaddaşlarında daha da möhkəmlənməsi və gənclərin həqiqətlərin təbliğindəki rolunun artırılması, onların kampaniyanın strateji məqsədlərinin həyata keçirilməsində fəal iştirakının təmin edilməsindən ibarətdir.
Müsabiqədə aşağıdakı fakültələrin bakalavr və magistrları qarşısında qeyd edilmiş mövzu üzərində məqalə yazaraq iştirak edə bilər:

1. Hüquq, Beynəlxalq münasibətlər, Şərqşünaqlıq – Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: Cinayətkarların təqib edilməsi imkanları;
2. Tarix, Sosial elmlər – Xocalı tarixi və mədəniyyəti;
3. Jurnalistika, Filologiya – Xocalı soyqırımı dünya mətbuatında.
Müsabiqəyə təqdim olunan məqalələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ilk 3 yerin qalibi qiymətli hədiyyələrlə mükafatlandırılaraq sertifikatlarla təltif olunacaq.
Qaydalar və şərtlər aşağıdakı kimidir:
🔹 Məqalənin həcmi maksimum 3 səhifə olmalı;
🔹 Məqalə Azərbaycan və ya ingilis dilində yazılmalı;
🔹 “Times New Roman şrifti” ilə 14 yazı ölçüsündə yazılmalı;
🔹 Müraciət edən tələbə şəxsiyyət vəsiqəsi, tələbə bileti (skaner vasitəsilə) və əlaqə nömrəsini məqalə ilə birlikdə elektron poçt ünvanına göndərməlidir.
Müsabiqədə iştirak etmək istəyən tələbələr məqalələrini 10 fevral, 2019-cu il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər.
Məqsədimiz ədalətdir! Müsabiqəyə qatıl, Xocalıya ədalət istə!

Bəyən və paylaş

Rəylər

rəy(lər)