11 Fevral 13:12

Xoreoqrafiya və gimnastika üzrə ustad dərsi

Əgər siz xoreoqrafiya və gimnastikanın əsasları haqqında geniş məlumat əldə etmək istəyirsinizsə, əgər sizə rəqsə yeni başlayanların şpaqata necə oturması, öz bədən elastikliyini necə inkişaf etdirməsi maraqlıdırsa, buyurun, fevralın 14-ü, gənc və istedadlı rəqqas Fərid Kazakovun keçirəcəyi ustad dərsinə qatılın!
Məşğələnin birinci hissəsi, gimnastika və xoreoqrafiya ilə məşğul olmaq üçün, bədən elastikliyini inkişaf etdirmək, əzələlərin dartılması (isinmə hərəkətləri) və onların gücləndirilməsi təlimlərini özündə birləşdirən bir sıra əsas məşğələlərdən ibarət olacaq. İştirakçılar bədənin plastikasını yaxşılaşdırmaq üçün baza elementləri və tapşırıqları mənimsəməklə yanaşı, rəqs vasitəsilə özlərini ifadə etməyi öyrənəcəklər.
Ustad dərsin ikinci hissəsində Fərid Kazakov klassik balet, müasir və gimnastika rəqslərinin daxil olduğu repertuardan nömrələr nümayiş etdirəcək.

Fərid Kazakov – Bakı Xoreoqrafiya Akademiyasının məzunu, Moskva Beynəlxalq Xoreoqrafiya Müsabiqə-Festivalının ikiqat qalibi, Beynəlxalq Rəqs Olimpiadasının qalibi, Qəmər Almaszadə adına Balet Artistlərinin Müsabiqəsinin laureatı, Vaxtanq Çabukiani adına III Tbilisi Beynəlxalq Xoreoqrafiya Festivalının laureatı, “Yaradıcılıq Olimpində” – XX Beynəlxalq Yaradıcılıq Müsabiqə-Festivalının (Soçi, Rusiya) qalibi, “Rusiyada italyan gecələri” Beynəlxalq Müsabiqə-Festivalının əsas mükafatçısı, çoxqat Azərbaycan, Rusiya və Gürcüstan çempionudur. Hal-hazırda, Fərid, Moskvada “SanSara” Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının, eləcə də, Bakıda “Zabradance” Gimnastika və Rəqs Məktəbinin baş məşqçisidir. Fərid Kazakov Azərbaycanı Soçi şəhərində keçirilən Ümumdünya Gənclər və Tələbələr Festivalında təmsil edib.

14 fevral, 19:00 – 21:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)