18 İyul 23:42

Xülya Cəfərovanın “Külək – Bozqurdun sirri” kitabının təqdimatı və imza günü

YARAT Müasir İncəsənət Məkanı sizi gənc yazar Xülya Cəfərovanın “Külək – Bozqurdun sirri” kitabının təqdimatına və imza gününə dəvət edir.

Tədbir ASAN Könüllülük Məktəbi, Azərbaycan Gənclər Fondu, “Məktəblinin dostu” layihəsi və “Külək” layihəsi ilə birgə təşkil edilir.
“Külək: Bozqurdun sirri” Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanları özündə ehtiva edən Külək trilogiyasının sayca ikinci kitabı, “Külək: Yel Kürəsinin Şahzadəsi” əsərinin davamıdır. Seriyanın “Külək – Yel Kürəsinin Şahzadəsi” adlı ilk kitabı ötən ilin bestselleri olub. Burada süjet boyu daha ön planda olan Külək, Bozqurd, İnci və Qaya, habelə İşıq, Gülnur, Gülcan, Azər Alpan, keşikçi Səlcuq və Alban, şaman, Simurq quşu, qanadlı Qarabağ atı kimi personajlara yer verilib. Onların timsalında xalqımızın milli mənəvi dəyərləri ilə yanaşı, türk dünyasının ortaq dəyərləri, şanlı tarixi təbliğ olunur, həmçinin birlik, bərabərlik, insan gücünün hüdudsuzluğu kimi anlayışlar oxuculara ötürülür.

26 iyul, saat 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (YARAT Mərkəzinin yaxınlığı)
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)