Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

14 iyun 2022-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dövlət xadimi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın bölmələri və yazı şərtləri aşağıdakı kimidir: 

KONFRANSIN BÖLMƏLƏRİ:

  1. Xurşidbanu Natəvanın mühiti, həyatı, ədəbi-mədəni irsi
  2. Azərbaycanda və Yaxın Orta Şərqdə ədəbi və musiqili məclislər ənənəsi
  3. Qarabağın ədəbi-mədəni irsi bölgədə və Azərbaycan ətrafında cərəyan edən tarixi ictimai-siyasi proseslərin kulturoloji salnaməsi kimi
  4. Tarixi məzmunlu “Qarabağnamə”lər və ədəbi abidələrdəki Qarabağ həqiqətləri
  5. Yaxın və Orta Şərq ədəbi-mədəni mühiti və tarixi-siyasi proseslərdə yaradıcı və ictimai fəal qadınların yeri
  6. Milli dövlətçilik ənənələri kontekstində Azərbaycan xanlıqları və Qarabağ xanlığı

 Məqalənin tərtib olunma qaydaları:

  • Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir;
  • Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 5-7 səhifə olmalıdır;
  • Məqalə Times New Roman – 12 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 olmaqla yazılmalıdır;
  • Mətnin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır:

Sağ tərəf -1sm

Sol tərəf – 3sm

Aşağı hissə – 2 sm

Yuxarı hissə – 2sm

  • Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməlidir.
  • Məqalənin mətni ingilis dilində yazılarsa Azərbaycan dilində xülasə; Məqalənin mətni rus, fars, ərəb dillərində yazılarsa Azərbaycan və ingilis dillərində xülasə tələb olunur.
  • Mətnin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq minimum 5 açar söz göstərilməlidir.
  • Ədəbiyyat siyahısıəlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]).
  • Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir. Xülasələr 100-150 sözdən ibarət olmalıdır.

 

Məqalələrin qəbul olunması üçün son tarix: 15 aprel 2022-ci il

Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Təşkilat komitəsi ilə əlaqə:

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 4927286

E-mail: [email protected]

 

________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles