Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
14 iyun 2022-ci il tarixindəAMEA Nizami Gəncəvi adınaMilli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dövlət xadimi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş“Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın bölmələri və yazı şərtləri aşağıdakı kimidir:
KONFRANSIN BÖLMƏLƏRİ:
- Xurşidbanu Natəvanın mühiti, həyatı, ədəbi-mədəni irsi
- Azərbaycanda və Yaxın Orta Şərqdə ədəbi və musiqili məclislər ənənəsi
- Qarabağın ədəbi-mədəni irsi bölgədə və Azərbaycan ətrafında cərəyan edən tarixi ictimai-siyasi proseslərin kulturoloji salnaməsi kimi
- Tarixi məzmunlu “Qarabağnamə”lər və ədəbi abidələrdəki Qarabağ həqiqətləri
- Yaxın və Orta Şərq ədəbi-mədəni mühiti və tarixi-siyasi proseslərdə yaradıcı və ictimai fəal qadınların yeri
- Milli dövlətçilik ənənələri kontekstində Azərbaycan xanlıqları və Qarabağ xanlığı
- Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir;
- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 5-7 səhifə olmalıdır;
- Məqalə Times New Roman - 12 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 olmaqla yazılmalıdır;
- Mətnin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır:
- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməlidir.
- Məqalənin mətni ingilis dilində yazılarsa Azərbaycan dilində xülasə; Məqalənin mətni rus, fars, ərəb dillərində yazılarsa Azərbaycan və ingilis dillərində xülasə tələb olunur.
- Mətnin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq minimum 5 açar söz göstərilməlidir.
- Ədəbiyyat siyahısıəlifba ardıcıllığı ilə olmalı,AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədəistinadlar düz mötərizə daxilində verilməlidir(məs: [5, s.12]).
- Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir. Xülasələr100-150 sözdənibarət olmalıdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur