Çərşənbə, 23 İyul, 2025

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir


  • Dərc edildi: 8 Sentyabr, 2021 - 01:52
Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir. Qeyd olunan təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunub.   Vakansiya seçimində iştirak etmək üçün namizədlər 9 sentyabr saat 18:00-dək müvafiq linkə daxil olaraq müraciət edə bilərlər:https://forms.gle/pNYcuZrJh6AhByDg9   Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək. Uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq və müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.   Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 148
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 92
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4302
Sumqayıt Dövlət Univ...