7 Yanvar 16:53

“XX əsr təsviri sənətdə cərəyanlar-Kubizm, Futurizm” adlı seminar keçiriləcək

Azərbaycan Dövlət Rəsm Qalereyasnın təşkilatçılığı ilə 19 yanvar saat 16:00-da Qalereya Ağ şəhərdə “XX əsr təsviri sənətdə cərəyanlar-Kubizm, Futurizm” adlı seminar keçiriləcəkdir. Seminar XX əsr dünya təsviri sənətində meydana gələn bır sıra cərəyanları əhatə edəcək, həmçinin həmin dövrdə meydana gələn kubizm və futurizm adlı yeni cərəyanların yaranması və inkişaf tarixindən danışılacaqdır.
Seminar Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı tərəfindən aparılacaqdır.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Tarix: 19 yanvar
Başlanma saatı: 16:00
📞Qeydiyyat və əlavə suallar üçün +9940556277733, 0124047480 əlaqə saxlaya bilərsiniz.
📍Ünvan: Qalereya Ağ şəhər

Bəyən və paylaş

Rəylər

rəy(lər)