24 Noyabr 18:33

Y-PEER Azərbaycan “Əlçatan təhsil-əlçatan gələcək” təlim kursunda iştiraka dəvət edir

Əziz gənclər,
Y-PEER Azərbaycan şəbəkəsi Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində sizi “Əlçatan təhsil-əlçatan gələcək” təlim kursunda iştiraka dəvət edir!
Təlimin əsas məqsədi inkluziv təhsil və əlilliyi olan insanlara düzgün yanaşma və davranışla bağlı məlumatlandırmadır.

Dil: Azərbaycan dili
Gün: 4-5 Dekabr 2015-ci il
Vaxt : hər gün 14 :00-18 :00
Yer : Xəzər Universiteti, Mühazirə Zalı

Kim müraciət edə bilər?
-Xəzər Universitetində təhsil alan tələbələr;
-Əlilliyi olan insanlara düzgün yanaşma və davranışı öyrənmək istəyən şəxslər

Təlimdə iştirak etmək üçün müraciət formasını doldurmalı və 1 dekabr tarixinə qədər Y-PEER Azərbaycan nümayəndəsi Zahid Huseynova email vasitəsilə [email protected] ünvanına göndərə bilərsiniz.

Kriteriyalardan uğurla keçən şəxslərə 2 Dekabr tarixinə qədər məlumat veriləcək. Təlimdə iştirak ödənişsizdir. İştirakçılar coffee break və sertifikatla təmin olunacaqlar.

Hər hansı bir sualınız olarsa, layihə koordinatoru Zahid Hüseynovla, [email protected] və ya 051 397 99 02 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş