3 Aprel 21:59

Yamac paraşütü təlimi (paragilding)

Hörmətli dostlar

Yamac paraşütü (paragilding) təliminə qoşulmaq istəyənləri göstərilən tarixdə və məkanda gözləyirik. Təlimi Azərbaycanda yamac paraşütü sahəsində xüsusi bilik və bacarıqları olan Ziya Qasımov keçirəcək. Xatırladaq ki, Ziya Qasımov Azərbaycanda yamac paraşütü ilə 1800 metr yüksəklikdə 1 saat 50 dəqiqə müddətində uçan yeganə insandır. Odur ki, onu dinləməyə və biliklərindən faydalanmağa dəyər.

Görüş zamanı yamac paraşütü haqqında məlumat, ondan istifadə qaydaları, nəzəri və uçuş təlimlərinin keçirilmə müddəti, qiyməti və s. haqqında informasiya ala biləcəksiniz.

Ünvan: ClimBaku (Nobel pr. 61, Azərişıq və Luna parkın yanı, 28 Maydan 32 və 46 nömrəli marşrutlar göstərilən ünvana gedir).

Əlaqə nömrəsi: 055 633 14 97

saat 20:00

Təlim pulsuzdur, hər birinizi gözləyirik.

Bəyən və paylaş

Rəylər

rəy(lər)