YAP Nərimanov rayon təşkilatında “O Qəhrəman Sənsən” adlı layihənin açılışı olub

30.11.2017 tarixində, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə X qrant müsabiqəsinin qalibi olmuş “O Qəhrəman Sənsən” adlı layihənin açılış mərasimi keçirilib.
Lahiyənin açılışında vətəni uğrunda ölən əsgərlərimiz üçün 1dəqiqəlik sükut olubdu. Tədbiri açan  lahiyə rəhbəri Sənan Məmmədli layihə haqqında ətraflı məlumat verib və fikirlərini bölüşüb, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi-nəzərdən “ O Qəhrəman Sənsən” adlı layihənin aktual olduğunu qeyd edib.
Lahiyə rəhbəri Sənan Məmmədli lahiyədəki məqsədini bildiribdi:Heç bir Azərbaycan gənci öz vətənin doğma ata-baba yurdunun ərazi bütövlüyünün qorunmasına və torpaqlarının düşmən tapdağı altında qalmasına heç vaxt biganə qala bilməz. Lazim gəlsə Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı qısa zamanda geri qaytara və ərazi bütövlüyümüzü bərpa edə bilərik. Bunun bariz nümunəsini 2aprel hadisələri zamanı hər birimiz öz gözlərimizlə gördük.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası 20 Yanvar İctimai Birliyinin Sədri Sultan Əzimzadə, Azərbaycan Respublikası 20 Yanvar İctimai Birliyinin müavini və İstefada olan sərhədçi zabit Mustafa Əliyev lahiyə haqqında fikirlərini bildiriblər. Bu mövzunun bütün vətəndaşlar üçün çox vacib olduğunu bildirib. Bildiriblər ki, Onlarla qəhrəman hərbiçilərimiz öz qanları, öz canları bahasına düşmənə layiqli cavab verdi və illərdir dümən postuna çevrilmiş Lələ Təpə zirvəsini ələ keçirdi. Bir sözlə qəhrəman Azərbaycan əsgəri təkcə düşmən Ermənistan deyil, bütün dünyaya öz şücayətini göstərdi. Sonda hər birimizə məlum olduğu kimi  ölkəmizdə təhsilə, təlim-tərbiyəyə, gənclərin intelektual və yaradıcı istiqamətdə inkişafına dövlət dəstəyi danılmazdır.

Sonda Tədbirdə iştirak edən gənclər Coffee Breakdə iştirak ediblər.

Rəylər

rəy(lər)