21 Oktyabr 23:35

“Yapon məhsulları” sərgisi keçiriləcək

27 və 28 oktyabr tarixlərində Bakı Biznes Mərkəzində yapon məhsullarının sərgisi keçiriləcək. Tədbirdə ziyarətçilər yapon mədəniyyəti ilə tanış olmaqla yanaşı, Yaponiyadan qida, kosmetika, sağlamlıq və bir çox digər məhsullarının təqdimatında da iştirak edə bilərlər.

Sərgi bölmələri:
– İşkilər

– Mətbəx avadanlıqları
– Qab-qacaq
– Qida məhsulları
– Əl işləri məhsulları
– Kosmetika
– Sağlamlıq məhsulları
– Yaponiya mədəniyyəti
– Anime
və digər bölmələr

Sərgi proqramı:
27 oktyabr
10:00 – 11:00 Açılış mərasimi
12:00 – 13:00 “TOHOKU” revival – “TOHOKU” əyalətinin dirçəlişinə həsr olumuş tədbir
13:00 – 14:00 “SAKE” Talk show – SAKE-nin (Yaponiyanın düyü arağı) təqdimatı
14:00 – 15:00 “FOOD” Talk show – Yaponiya ərzaqlarının təqdimatı
16:00 – 17:00 “BEAUTY” Talk show – Daha da gözəl olmağın sirlərinin təqdimatı

28 oktyabr
10:00 – 11:00 “CULTURE” Talk show – Yapon mədəniyyəti nümunələrinin təqdimatı
12:00 – 13:00 “TOHOKU” revival -“TOHOKU” əyalətinin dirçəlişinə həsr olumuş tədbir.
14:00 – 15:00 “RAKUGO” show – RAKUGO-nun (məzəli söhbətlərin) təqdimati
15:00 – 15:30 “SHODOU” performance – Yaponiya xəttatlığının təqdimatı
15:00 – 16:00 BINGO game – BİNGO lotereya oyunu
16:00 – 17:00 Closing Ceremony – Bağlanış mərasimi

Ünvan:
Bakı Biznes Mərkəzi (Neftçilər pr-ti 44)

Bəyən və paylaş