Yaponiya Səfirliyi- “Yaponiya-Azərbaycan Dostluq İli 2022” ilə bağlı loqo müsabiqəsi elanı

1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin əsasının qoyulmasından bəri, Yaponiya-Azərbaycan münasibətləri  siyasi, iqtisadi və mədəni sahələrdə daim inkişafda olmuşdur.
2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü tamam olacaqdır. Həmin il “Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunaraq, Azərbaycanda və Yaponiyada iki ölkə arasında müxtəlif mədəniyyət sahələri üzrə mübadilə və insan resurslarının qarşılıqlı mübadiləsinin inkişaf etdirilməsi planlaşdırılır.
“Yaponiya-Azərbaycan Dostluq İlini” birgə təntənəli şəkildə qeyd etmək və iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün loqo yarışmasına start veririk.  Seçilmiş loqo 2021-ci ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaqdır. Aktiv şəkildə müraciətlərinizi gözləyirik! Qeyd etmək istərdik ki, qalib loqo sahibinə Yaponiya səfiri tərəfindən sertifikatla təqdim olunması ilə yanaşı, müsabiqənin sponsoru qismində çıxış edən “AIWA” brendinin Azərbaycandakı eksklüziv distribyutoru – Global Electronics Azerbaijan tərəfindən Bluetooth qulaqcıqlar hədiyyə olunacaqdır.

Loqoların qəbul müddəti
2 fevral, 2021-ci il~25 fevral, 2021-ci il tarixinədək (saat 17:00-dək)

Müraciətçiyə olan şərtlər
Azərbaycan və ya yapon vətəndaşlığı olan şəxslər

Loqo üçün qaydalar
Faylın formatı:

  1. Proqramla hazırlanarsa → PNG(8 bit)və ya vektor formatında (.ai; .eps; .svg).
  2. Əgər sadəcə JPEG formatında göndərməyiniz mümkünsə, 300 dpi-dan çox rezolyusiya olması gərəkdir.
  3. Əllə çəkilərsə → əllə çəkilən loqolara üstünlük verilməsə də, heç cür ayrı şəkildə təqdim edə bilməyəcəyiniz təqdirdə, əl ilə çəkilmiş loqo ilə müraciət edə bilərsiniz. Bu zaman rəngli loqo ideyalarınızı JPEG formatında bizə göndərməyiniz xahiş olunur.

Loqodakı yazılar:  “Japan” “Azerbaijan” “30” (ingilis dilində) atributikaları mütləq olaraq istifadə olunmalı. Bundan əlavə, “Diplomatic Relations”, “Anniversary” kimi bu tədbirin ümumi məqsədinə uyğun ifadə və ya rəqəmlərin istifadəsi mümkündür. Loqodakı yazı və ya rəqəmlərin şəkil hissəsinin altı, üstü və ya yanında olması kimi bir neçə versiyada təqdim olunması da mümkündür.
Loqonun rəngi: Ağ, qara və ya digər rəngli fonlarda aydın görünə biləcək rəng və ya rəng çalarlarından istifadə etmək
・Balacalaşdırılan zaman eni, uzunluğu və hündürlüyü 1 sm olanda da balacalaşdırıla biləcək ölçünün olması. Facebook və ya Instagramda profil şəkli olaraq istifadə olunan zaman aydın görünə bilən dizayn olması. Çap edən zaman A4 kağızında yerləşəcək uyğun olan ölçüdə olması.

Məzmun

  • İndiyədək heç bir yerdə yayımlanmayan yeni və unikal hazırlanmış olmalıdır. Təkrar olmamalıdır.
  • Müəlliflik hüquqları, ticarət nişanı və ya hər hansısa üçüncü şəxsin hüquqlarına zərər vurmayacaq şəkildə tərtib olunması gərəkdir.

Sloqanın anlamı: “Günəş” sözü gündoğan ölkə olan Yaponiyanı, “Alov” sözü isə odlar ölkəsi olan Azərbaycanı təmsil edir. Dostluq ilinin, Azərbaycan-Yaponiya münasibətlərini daha yaxın edəcəyinə ümid edirik.

  • Sloqanın “Yaponiya Azərbaycan Dostluq İli” ilə bağlı aşağıdakı anlayışları özündə ehtiva etməsi
  1. Yaponiya və Azərbaycan xalqı arasında qarşılıqlı anlaşma və münasibətlərin genişləndirilməsi
  2. Mədəniyyət, biznes, siyasət, idman, əlillərlə iş, elm və təhsil kimi müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə iki ölkə insanları arasındakı mübadilənin genişləndirilməsi
  3. Təkcə Yaponiya və Azərbaycanın paytaxt şəhərlərində deyil, region və digər şəhərlərində də qarşılıqlı mübadilənin təbliğ olunması

Müraciət qaydası
Bu mail ünvanına ([email protected] lazımlı məlumatları qeyd edərək müraciət edə bilərsiniz.  Maili göndərən zaman bir mailin həcminin 10 Mb-dan böyük olmamasına fikir verməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, müraciət sayında məhdudiyyət yoxdur (1 nəfər bir neçə dəfə də müraciət edə bilər)
Mail ünvanımız: [email protected]
Mailin başlığı: “Loqo 2022- Müraciətçinin ad və soyadı”

Mailin mətnində qeyd olunmalı məqamlar:

  1. Ad və soyad:
  2. Milliyyət:
  3. Yaşadığı ölkə:
  4. Yaş:
  5. Loqo ilə bağlı qısa izah:
  6. Mail ünvanınız:
  7. Əlaqə nömrəniz:

Əlavə məlumat və suallarınız üçün
Suallarınız yalnız mail vasitəsilə qəbul olunacaqdır. Mailin başlığında “Loqo 2022:SUAL” qeyd edərək, [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Qalibin elan olunması
Seçilmiş sloqan qalib şəxsə birbaşa bildirməklə yanaşı, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsi və sosial media hesablarında paylaşılacaqdır. Qalib şəxs Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən təltif olunacaqdır. Bundan əlavə, müsabiqəmizin sponsuru qismində çıxış edən “Əfsanəvi Yapon Brendi” AIWA-nın Azərbaycandakı eksklüziv distribyutoru – Global Electronics Azerbaijan tərəfindən qalib şəxsə Bluetooth qulaqcıqlar hədiyyə olunacaqdır.


 Nəzərə alınmalı məqamlar

  • Müraciətçi bu yarışmaya müraciət etməklə seçilmiş loqo ilə bağlı bütün müəlliflik hüquqlarının Yaponiya Səfirliyinə ötürülməsinə və loqonun müəlliflik hüquqları ilə bağlı iddia etməməsinə razılıq verir.
  • Müraciətlərlə bağlı şəxsi məlumat Yaponiyanın Azərbaycandakı Səfirliyində saxlanılaraq, yalnız seçim prosesi, qalibin elan olunması və təltifolunma zamanı lazım olduqda istifadə oluna bilər.
  • Qalib loqo üzərində cüzi dəyişikliklər edilməsi mümkündür. Eyni zamanda, loqonun formatında dəyişiklik edilməsi xahiş oluna bilər.
  • Eyni loqonun bir neçə nəfər tərəfindən təqdim olunduğu və həmin loqonun qalib olduğu təqdirdə, ilkin olaraq müraciət formasını təqdim etmiş şəxs qalib hesab olunacaqdır.
  • Qalib şəxsin təltif olunması Yaponiyanın Azərbaycandakı Səfirliyində həyata keçiriləcəkdir. Qalib şəxs Yaponiyada olduğu təqdirdə, qalibiyyətə rəğmən sertifikatın təqdim olunması mümkün olmaya bilər. Bunu öncədən nəzərə almağınız xahiş olunur.
  • Seçim kriteriyaları uyğun loqo olmayacağı təqdirdə, heç bir loqo seçilməyə bilər. Bunu öncədən nəzərə almağınız xahiş olunur.

Sponsor
Bu loqo müsabiqəsində “AIWA” brendinin Azərbaycandakı eksklüziv distribyutoru – Global Electronics Azerbaijan şirkəti sponsor qismində çıxış edir.

Bir cavab yazın

Back to top button