26 Oktyabr 10:25

“Yaradıcı gənclərə dəstək olaq” layihəsi üzrə kurslar təşkil edilib

“Yaradıcı gənclərə dəstək olaq” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən bu ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.

Layihənin məqsədi aztəminatlı ailələrdən və xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında ixtisaslaşmış fəaliyyətlərin təşkili yolu ilə gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılmasına nail olmaqdı. Hazırda layihənin icrası çərçivəsində gənclərin siyahısı tərtib olunaraq 60 nəfərdən ibarət (hər qrupda 30 nəfər olmaqla 2 qrup) fokus qrup müəyyənləşdirilmiş və kurslar təşkil edilib. Sözügedən kurslar üçün mütəxəssislər tərəfindən planın tərtib edilib, kurslar üçün lazımi ləvazimatlar alınıb və hazırda mütəxəssislər tərəfindən kurslar keçirilir. Eləcə də, əhalinin diqqətini  layihədə qaldırılan problemə yönəltmək məqsədi ilə vaxtaşırı elektron xəbər portalları və sosial şəbəkələrdə layihə barədə geniş məlumatlar verilir.

Layihənin icrasının sonunda “Yaradıcı gənclərə dəstək olaq” adlı təbliğat xarakterli sərgi təşkil ediləcək. Sərgidə layihəyə kursların dinləyicisi kimi cəlb edilmiş yeniyetmə və gənclərin hazırladığı əl işləri nümayiş etdiriləcəkdir. Nümayiş zamanı  dəvət edilən qonaqlar arasında mövzuya aid bukletlər paylanacaq.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə bu ilin noyabr ayında yekunlaşacaq.

unnamed (1) unnamed (2) unnamed

Bəyən və paylaş

Rəylər

rəy(lər)