6 Noyabr 12:22

“YARADICI GƏNCLƏRƏ DƏSTƏK OLAQ” SƏRGİSİ

“YARADICI GƏNCLƏRƏ DƏSTƏK OLAQ” SƏRGİSİ
“Yaradıcı gənclərə dəstək olaq” sərgisinin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin bu ilin sentyabr ayından etibarən həyata keçirdiyi layihəsi çərçivəsində olacaq.
Layihənin məqsədi aztəminatlı ailələrdən və xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında ixtisaslaşmış fəaliyyətlərin təşkili yolu ilə gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılmasına nail olmaqdı. Sərgidə layihəyə kursların dinləyicisi kimi cəlb edilmiş yeniyetmə və gənclərin hazırladığı əl işləri nümayiş etdiriləcəkdir.

SƏRGİNİN KEÇİRİLMƏ YERİ: Bakı şəhəri, Casipan Business Center, Cəfər Cabbarlı küçəsi, 40.

SƏRGİNİN KEÇİRİLMƏ VAXTI: 18 noyabr 2015-ci il, saat 12:00.

SƏRGİYƏ GİRİŞ SƏRBƏSTDİR.

Əlavə məlumat üçün
E-mail: [email protected]
Telefon: 070 202 89 02

Bəyən və paylaş

Rəylər

rəy(lər)