Yaradıcı gənclər üçün müsabiqə

Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, Almaniyanın Frauenhaus Bergstrasse İctimai Birliyi və “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin ekspertləri tərəfindən həyata keçirilən fəaliyyətlər çərivəsində yaradıcı gənclər üçün müsabiqə elan edilir.
Müsabiqəyə hansı mövzuları əhatə edir?
· Gender əsaslı məişət zorakılığı;
· Həyatın bütün sahələrində qadınlara və qızlara qarşı ayrı-seçkilik;
· Cəmiyyətdə mövcud olan və qadınların/qızların həyatına mənfi təsir göstərən streotiplər.
Müsabiqəyə hansı formatda yaradıcılıq məhsulları təqdim oluna bilər?
1. Photolar
2. Video çarxlar
3. Karikaturalar
4. İnfoqrafikalar
5. Animasiyalar
6. Rəsmlər
Müsabiqəyə təqdim olunan materiallar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra 10 ən yaxşı dəyərli mükafatlar (smartfon, planşet, fotoaparat və digər) təqdim olunacaq.
Müsabiqəyə materiallar 20 noyabr 2020-ci il tarixinədək təqdim oluna bilər. Hazırlanan materialları [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button