“Yaradıcılığı inkişaf etdirən oyun: Minecraft”

“Yaradıcılığı inkişaf etdirən oyun: Minecraft”

 

Minecraft 2011-ci ildə rəsmi olaraq tanıdıldığından bəri dünyaya yayılaraq böyük sensasiya yaratdı və hətta bir fenomenə çevrildi. 100mindən çox qeydiyyatlı oyunçusu olan Minecraft dünya üzrə ən çox satılan üçüncü video oyunudur. Oyunçu kütləsinin böyük bir qismini uşaqlar əhatə edir.

7 yaş və yuxarı uşaqların oynaya biləcəyi bu oyunun ən mühüm özəlliyi bir şeylər yaratmaq, kəşf etmək və inşa etməkdir.

Minecraft kağız üzərində bir oyun olaraq görünsə də, tam olaraq oyun kimi hiss etdirmir. Daha çox oyunçuların bir şeylər inşa etdiyi, çeşidli çılğınlıqlar edib, bunları Youtube-da paylaşdığı, dostları ilə birlikdə vaxt keçirdikləri bir dünyadır.

Sonu olmayan sirləri kəşf etmək, gizli təriflər və məkanlar tapmaq oyunun önəmli bir parçasıdır.

Müasir dövrdə trend olaraq Apple, Microsoft kimi şirkətlər hər kəsin oynaya biləcəyi sadə oyunlar yaradır. Minecraft isə əksinə, yeni bir şeylər tapmağa, nəyi isə qırıb və ya qazıb içindən material toplamağa, əlindəki ləvazimatlarla yeni şeylər yaratmağa, sonsuz ehtimallar içində düşünməyə və yaradıcılığa təkan verir.

Oyunda “creative” modu və “survival” modu var. Creative(yaradıcı) modda limitsiz hazır əşyalar mövcuddur və bu əşyalarla yeni şeylər yaratmaq lazımdır. Survivor(həyatda qalmaq) modda isə oyunçular oyuna sıfır əşya ilə başlayır. Əşyaları kəşf edərək və əmək verərək toplamaq, təhlükəli canavarlarla savaşmaq lazımdır. Canavarlardan qorunmaq üçün ev inşa etmək və gecə olmadan güvənli bir yerə getmək bu modda önəmlidir.

Minecraft elə bir oyundur ki, bir çox ölkədə bu oyunun personajları üzərindən dərslər də keçirilir. Hətta education.minecraft.net internet saytı belə var. Xaricdəki bir çox fərqli universitetdə bu oyunun faydaları və təhsil üçün istifadəsi ilə bağlı dərslər keçirilir.

Avstraliyanın “Queensland” Texnologiya Universitetinin digital medya professoru Michael Dezzuni: “Minecraftda bilik sosial dəyərə çevrilir” deyir.

Bu oyunu ilk oynayanlar çətinlik çəkə bilir. Lakin oynamağa davam etdikcə, özünü inkişaf etdirmək və uğurlu olmaq mümkündür.

Minecraft kompyuter, laptop, ağıllı telefon, ipad daxil olmaqla bütün digital cihazlardan oynanıla bilər. Minecraft.net saytından oyunu əldə etmək mümkündür. Oyunu yüklədikdən sonra istədiyiniz dili seçə bilərsiniz.

Qısacası Minecraft: bir çox istedadı əylənərək inkişaf etdirə biləcək bir oyundur. Oyunu uşaqlarınıza qadağan etməyin, təbii ki, bütün gün oynamaq da lazım deyil. Bir neçə saat oynamağın isə zərəri yox, xeyri vardır.

Karantin müddətində uşaqlarınızın səmərəli keçirməsi üçün fərqli proqramlarda iştirak edə bilərlər. STEP IT Academy-nin tərəfindən təşkil olunan “Faydalı karantin: 10-15 yaşlı uşaqlar üçün onlayn proqramlar” -da bunlardan biridir. Proqram ilə ətraflı tanış olmaq üçün link-dən keçid edə bilərsinz. itstep.az

Bir cavab yazın

Back to top button