17 May 14:54

“Yaradıcılıq emalatxanası – 2” düşərgəsi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələr üzrə yaşı 18-23 olan gəncləri “Yaradıcılıq emalatxanası – 2” düşərgəsində iştirak etməyə dəvət edir!
Düşərgədə yaradıcılıq emalatxanaları, nəzəri və praktiki məşğələlər, yaradıcılıq müsabiqələri, ustad dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar – kinoseans, diskoteka, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, idman oyunları, tonqal ətrafı yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.
KEÇIRILMƏ YERI: Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi

KEÇIRILMƏ VAXTI: 10-20 iyul 2017-ci il
Qeyd: Düşərgədə iştirak etmək üçünhttps://goo.gl/forms/2Kb99CGYHkttbxWg2 linkinə daxil olub anket formasını doldurularaq 12 iyun 2017-cı il tarixinədək qeydiyyatdan keçə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)