Yaradıcılıq və onun biznes mühitinə tətbiqi

Əziz Gənclər,

ReStart təlimimizin 7-ci Modulunda yaradıcılıq və onun biznes mühitinə tətbiqindən danışacağıq. Ən öndə gələn tətbiqat isə Startup düşüncə tərzinin formalaşması və reallaşdırmasıdır. Bu yöndə bizimlə öz təcrübəsini peşəkar qonağımız SUP startup mərkəzinin icraçı direktoru Vüsal Kərimli bölüşəcək.
Bu şansı əldən verməyin

Təlim Hospitality Insights, Azərbaycan Turizm ve Menecment Universiteti, UNEC / Karyera Mərkəzi, UNEC-in Zaqatala filialı və Azərbaycan Texnologiya Universiteti UTECA-nın əməkdaşlığı çərçivəsində ərsəyə gəlmişdir.

Xatırladaq ki, “ReStart” təlimi tam ödənişsizdir və iştirakçılara sertifikat bütün modular bitdikdən sonra veriləcək. Bütün təlimlərimiz Zoom proqram təminatı üzərindən keçiriləcək. Yerlərə məhdudiyyət olduğundan qeydiyyatdan keçib yerinizi rezerv etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiz. Formu dolduranlara Zoom link göndəriləcəkdir. Sertifikat təlimə zoom proqramı üzərindən qatılanlara veriləcək.

Qeydiyyat üçün aşağıdakı linkdən keçid edə bilərsiniz. Yerlər məhduddur.
Qeydiyyatı bitirdiyinizdə, eyni səhifədə qarşınıza çıxan “ Add to Calendar “ seçimi ilə kalendarınıza əlavə edə bilərsiniz, və yaxud səhifənin aşağısında “Please click here to join” linkini kopyalayıb təlim başlayan gündə və saatda tıklayırsınız. Ən rahatı isə emailinizə gələn təsdiq məktubunda “ Click here to join” düyməsini tıklaya bilərsiniz.

https://us02web.zoom.us/…/tZcodOmsrT8qGtK0VPWLg8RjzB3K-SW6-…

Qeydiyyat üçün son tarix 🗓29 Avqust saat 🕕18:00.

Bir cavab yazın

Back to top button