14 Dekabr 12:22

YARAT Ədəbi Gecələri / Gülay Hüseynova

Əziz dostlar!

Sizi dekabrın 17-də keçiriləcək ilk ədəbi gecəmizə dəvət edirik. Ədəbi gecələrin təşkili işində niyyətimiz sizi yeni kitablarla, eləcə də eksperimental ədəbiyyat formaları ilə tanış etməkdir.

Üzümüzə gələn cümə axşamı gənc şairə və aktrisa Gülay Hüseynovanın yazıları ilə tanış ola bilərsiniz. Tədbir zamanı Gülay öz şeirlərini və həmçinin amerikalı şairə və rəssam Banni Rocersin şeirlərini təqdim edəcək.

Gülay Hüseynova (d. 1989, Bakı) – Azərbaycan aktrisası, radio aparıcısı və yazıçısı.
2006-2010-ci illərdə Bakı Slavyan Universitetinin “Rus dili və ədəbiyyatı” fakültəsində təhsil alıb, Təhsilini bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb, həmçinin tərcümə sahəsində çalışıb.
2009-ci il hələ tələbə olarkən universitetin nəzdində radio studiyada “Yurdumuzu gəzə-gəzə” verilişinin aparıcısı olmuşdur.
Aktyorluq sənətinə 2012-ci ildə rejissor Ramiz Fətəliyevin çəkdiyi “Ən adi soyad” filmi ilə gəlib. Bir neçə ay sonra rejissor Kənan MM çəkdiyi “Ləkə” teleseriyalında sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc qadın rolunu ifa etmişdir, həmin ərəfədə gürcü rejissoru İrakli Apakidzenin çəkdiyi “Həyat çiçəyi” filminin baş rollarında biri Fəxriyyə obrazını canlandırmışdı.
2014-cü ildən ARAZ FM-də “Radioskop” verilişinin, daha sonra MEDİA FM-də “Bamboleo”, “Stolova Lova”, “Seçilən nahar” verilişlərin radio aparıcısı olmuşdur.
2015-ci ildə Gülay Hüseynova türk dilində “P.S. Zaten boyun da küçüktü” adlı romantik-komediya janrında kitab yazıb. Hazırda kitab yeni təqdim edilməsinə baxmayaraq ən çox satılan kitablardan biridir. Ölkəmizlə yanaşı kitab Türkiyədə də satışa çıxarılıb.

Banni Rocers (d.1990, Hyuston, ABŞ) – performans üzrə ixtisaslaşan rəssamdır; şairədir; yeniyetmələrin tez cinlənən, dalaşqan olması, onların anti-sosial davranışı ilə bağlı mövzuları araşdırır. Hal-hazırda Banni Rocersin əsərləri YARAT Müasir İncəsənət Mərkəzində “Ürək tənha ovçudur” adlı qrup sərgisində nümayiş etdirilir.

Tarix: 17 dekabr 2015-ci il
Vaxt: 19:00
Yer: YARAT Müasir İncəsənət Mərkəzinin kitabxanası, Dövlət Bayrağı Meydanının yaxınlığı
Giriş Sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)