YARAT Ədəbiyyat Axşamı

Əziz dostlar, gəlin qış melanxoliyasını birlikdə qovaq!
Uzun-uzun uzanan yanvar axşamlarında adamın könlü xoş söhbətlərə və ədəbiyyat eksperimentlərinə elə meylli olur ki!

Yanvarın 9-da YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək ədəbiyyat axşamı sizi heyrətə gətirərək təxəyyülünüzü oyadacaq.
Azərbaycanca, rusca və ingiliscə şeir yazan 7 gənc şair öz əsərlərini söyləyəcək.

Bakıdakı ilk özəl ADO Teatrının aktyorları “Stop” adlı yeni tamaşalarını göstərəcəklər. Tamaşada Nihad Qulamzadə fransız aktrisası Elza Furtado, Rumiyə Ağayeva, Anar Əliyev, Aynur Zərrintac və teatrin təsiscisi və baş rejissoru Emin Bədəlov iştirak edirlər.
Bundan əlavə, həmin axşam tədbirimizdə sizə Azərbaycan Dövlət Simli Kvartetinin müşayiəti ilə aktrisa və xoreoqraf Rumiyyə Ağayevanın solo çıxışı da təqdim olunacaq.

ADO teatrı haqqında əlavə məlumatı bu linkdə tapa bilərsiniz :fb.com/adoteatr .

Tədbir zamanı Azərbaycanın əməkdar artisti Vaxtanq İmanov rəhbərlik etdiyi Bakı Musiqi Akademiyasının “Dolçe Vita” adlı simli kvintetinin iştirakı ilə musiqili sürpriz sizi gözləyir.

Bu axşam tədbiri həm də “Ürək tənha ovçudur” sərgisini seyr etmək üçün son fürsət olacaq. Sərgi internet nəslini təmsil edən 8 ən maraqlı rəssamın işlərini bir araya gətirib.

9 yanvar, 2016
19:00-da
YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanına yaxın
Giriş sərbəstdir

1923789_941761452558657_7942494044291629894_n

Bir cavab yazın

Back to top button