YARAT Akademiya sərgilərinin finisajı

YARAT böyük məmnuniyyətlə sizi ARTIM Layihə Məkanında keçiriləcək YARAT Akademiya sərgilərinin finisaj mərasiminə və rəssamlarla görüşə dəvət edir.

17 Noyabr / saat: 19:00
Dəvət olunmuş DJ: Samir Salahov
Ünvan: ARTIM Layihə Məkanı
İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir

Baş tutacaq tədbirdə dörd sərgini ərsəyə gətirən kuratorlar ilk kuratorluq təcrübələri və rəssamların əsərləri haqqında danışacaqlar. “Rebirth.exe”, “Live life to the fullest”, “Sözsüz nəğmələr: Dialoq” və “Zaman zaman içində” adlı sərgilərdə Şəlalə Salamzadə, Suyinbike Süleymenova, Nəzrin Musayeva, Nərmin Nəsibova, Vüsal Rəhim, Samir Salahov, Nicat Məmmədov və Zöhrab Salamzadənin əsərləri nümayiş olunmuşdur. Tədbirin sonunda rəssam və DJ Samir Salahovun musiqili çıxışı baş tutacaqdır.

Bir cavab yazın

Back to top button
Close