25 Fevral 01:08

YARAT aşağıdakı sahələr üzrə ART Könüllü proqramına start verib

Siz gənc və fəalsınızsa, yeni ideyalarınız varsa, o zaman yaradıcı potensialınızı bizimlə reallaşdırmaq imkanınız var YARAT aşağıdakı sahələr üzrə ART Könüllü proqramına namizədlərin qəbulunu elan edir:

Təsviri incəsənət

Kino

Ədəbiyyat

Teatr

Musiqi

Mühazirələr

Debat

Aktiv fəaliyyət növləri (kvest, yoqa, rəqslər və s.)

Təcrübə dövrü: 3 ay. İş qrafiki: 4 saatdan az olmayaraq. Təhsilinizlə əlaqədar iş qrafiki sizinlə əvvəlcədən müəyyənləşdiriləcək

Tələblər: 18-25 yaş arası tələbələrAzərbaycan dili ilə yanaşı ən azı bir xarici dil (ingilis, rus və s.) bilmək vacibdir

Cəsarətli və qeyri-adi düşünmək qabiliyyətinə malik olmaq

Mühitə tez uyğunlaşmaq və komandada işləmə bacarığı vacibdir. Müraciətinizi CV formasında 9 mart tarixinə kimi [email protected] ünvanına göndərin və YARAT ailəsinin bir parçası olun! 

Proqramı uğurla başa vuran şəxslərə sertifikat veriləcəkdir.

Bəyən və paylaş