31 May 13:09

YARAT Ədəbiyyat Klubu: Gülağası Mirzəyev

İyunun 5-i YARAT Mərkəzində Ədəbiyyat Klubu çərçivəsində Azərbaycanın xalq artisti Gülağası Mirzəyevin “Rampanın işığında həyat” adlı kitabının təqdimatı olacaq.

Kitab balet sənətinin yaradıcılıq yollarından bəhs edir. Son 20 il ərzində xəbərlər, məqalələr və təhlillər istisna olmaqla, Azərbaycan baleti və onun aktyorları haqqında heç nə nəşr olunmayıb və bu kitabın unikallığı ondan ibarətdir ki, onu balet aktyoru yazıb.

Təqdimatda tamaşaçıları kiçik bir sürpriz gözləyir, müəllif yaradıcı girişlə tədbiri açıq elan edəcək və sonra kitabın hər bir fəsli barədə ətraflı məlumat verəcəkdir. Sonra Gülağası Mirzəyev axşamın qonaqları ilə viktorina formasında interaktiv söhbət aparacaq və nəticələrə görə qaliblərə yazarın avtoqrafı ilə kitab hədiyyə olunacaq.

5 iyun, saat 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)