7 İyun 19:09

YARAT Ədəbiyyat Klubu: İsmayıl İman / “Sevil”

İsmayıl İman
“Sevil”
Əşrəf Muradın xatirəsinə ithaf olunur

Qiraətçilər: Zaur Şəfiyev və Oleq Əmirbəyov

İyunun 13-ü, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yazıçı və dramaturq İsmayıl İmanın yazdığı “Sevil” hekayəsinin oxuması baş tutacaq. Hekayə rəssam Əşrəf Muradın (1925-1979) xatirəsinə həsr olunub və onun bioqrafiya faktlarına əsaslanır.

“Sevil” – Əşrəf Muradın sevgi hekayəsidir. O, bu sevgini həyatı boyunca yaşadıb. İsmayıl İmanın hekayəsini rəssamın həyat və yaradıcılıq yolunun bədii mənalandırılma cəhdi adlandırmaq olar. Burada həm gerçək hadisələr, həm də uydurulmuş süjet xətləri birləşir. Mətnin əsas tərkib hissəsini Əşrəf Muradın öz sevgilisinə yazdığı məktub təşkil edir; bu məktub, rəssamın rəsm əsərləri ilə birgə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində, “Sevgi və etiraz” retrospektiv sərgisi çərçivəsində təqdim olunur.

“Sevil” hekayəsinin ilk ictimai təqdimatı aktyorlar Zaur Şəfiyev və Oleq Əmirbəyovun iştirakı ilə keçiriləcək.

13 iyun, saat 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)