11 Aprel 14:58

YARAT Ədəbiyyat Klubu: Selma Lagerlöfin kitabının müzakirəsi

Əziz uşaqlar və onların valideynləri!
Şənbə günü, aprelin 13-ü, sizi Ədəbiyyat Klubunun növbəti tədbirinə dəvət edirik. Görüşdə Selma Lagerlöfin müəllif olduğu “Nils Holgerssonun vəhşi qazlarla birgə İsveçboyu qəribə səyahəti” adlı kitabını müzakirə edəcəyik, bununla yanaşı sizi krossvord yazmaq və viktorinalarda iştirak etmək kimi maraqlı tədbirlər gözləyir.
“Nils Holgerssonun vəhşi qazlarla birgə İsveçboyu qəribə səyahəti” kitabı uşaqlara maraqlı üslubda İsveç, onun coğrafiyası və tarixi, əfsanələri və mədəni ənənələrini izah edir.

Əsərin qəhrəmanı Nils, qaz sürüsü ilə, Martin adlı qazın belində bütün İsveçi səyahət edir. Ancaq bu, yalnız bir səyahət deyil, daha çox – şəxsiyyət tərbiyəsidir. Səyahət zamanı görüş və hadisələr sayəsində Nilsdə xeyirxahlıq hissi oyanır, o, başqalarının uğurlarına sevinir və başqalarının dərdinə şərik olur. Səyahətdən qəhrəmanımız əsl insan kimi dönür…

Görüşümüzün daha da maraqlı olması üçün bütün iştirakçılara tədbirdən əvvəl əsəri oxumağı tövsiyə edirik!

13 aprel, saat 11:00
YARAT Mərkəzinin kitabxanası (1-ci mərtəbə)

Bəyən və paylaş

Rəylər

rəy(lər)