21 Dekabr 16:32

YARAT Ədəbiyyat Klubu: “Ümid və dirçəliş”

YARAT Müasir İncəsənət Məkanı sizi dekabrın 27-i “Ümid və dirçəliş” adlı bədii kompozisiya axşamına dəvət edir. Tədbirin əsas mövzusu ədəbiyyat vasitəsilə çətinliklərə, həyatın hər cür sınağına qarşı zirvələrə doğru gedən insanın yaşam həvəsini, ümidinin itirməməyinin vacibliyini göstərməkdir. Tədbirdə Nazim Hikmət, Mikayıl Müşfiq, İlqar Fəhmi və digər ədiblərin insan yaşamı, ümidi və dirçəliş haqda şeirləri məktublar şəklində ifa olunacaqlar.

Ssenari müəllifi və rejissor – Pərviz Seyidli
Qiraətçilər: Nicat Əsgərzadə, Kamal Yaşar, Gülər Nəbili, Hüseynağa Aslanov

27 dekabr, saat 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)