18 Yanvar 08:37

YARAT Film Club / Arzuların ardınca / Ramil Ağasiyev

Sinopsis
Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil tənha həyatını yaşayır. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir. Bu vəziyyətdə sevgilisi onu atıb gedir. Xəstəxanada xərçəng xəstəliyinə tutulduğunu öyrənən Kamilin Arzu ilə görüşü yeni həyatın başlanğıcı olur. Evli olan Arzu da Kamil kimi ölümcül xəstəliyin caynağında çarpışır. Xəstəxanada Kamillə toqquşan Arzu səhvən Kamilin analizlərini götürüb evinə qayıdır. Xəyalları alt-üst olan Arzu xəstəliyini ərindən gizlətmək qərarına gəlir. İlk görüşdə bir-birini, düşdükləri vəziyyəti anlamağa çalışan gəncləri daha bir xüsusiyyət birləşdirir. Onların həyata keçirmək istədikləri sonsuz arzuları var. Arzu ailəli olduğu üçün görüşdən yayınmaq istəsə də daxilən arzularını həyata keçirmək istəyir. Kamil və Arzu ölmədən öncə bir-birinin istəkləri üçün yaşamağa qərar verirlər.

Quruluşçu Rejissor-Ramil Ağasiyev

Ssenari Mehman Rəsul
Operator Şahmar Səfəroğlu
Quruluşçu Rəssam Əlgün Vəliyev
Rejissor Asif Rəhimov
Baş rollarda- Ziya Ağa.Zarina Qurbanova.
Rollarda.Vaqif Əsədov,Rasim Cəfər Aynur Hüsey,Flora Hüseynova.

Film azerbaycan dilində nümayiş etdiriləcək olacaq.
26 Yanvar 2016-ci il
saat 19:00-da
YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı meydanı yaxınlığında)
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)