24 Yanvar 19:33

YARAT Film Klub: “Dağlı qız”

Yanvarın 30-u YARAT Film Klub çərçivəsində Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Dağlı qız” filminin nümayişi baş tutacaq.
Kinorejissor İrina Poplavskaya tərəfindən lentə alınan “Dağlı qız” filminin məzmunu Dağıstanın Xalq şairi Rəsul Həmzətovun eyni adlı poemasının sujetindən götürülüb. Film adət-ənənələrə qarşı çıxan və sevilməyən bir insanla evlənməkdən imtina edən bir qızdan bəhs edir. Ekran əsəri XX əsrinin 70-ci illərində çəkilsə də, filmin mövzusu aktuallığı itirməyib.

30 yanvar, saat 19:00

Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)